Hazırda ölkə üzrə daşınmaz əmlakın icbari sığortası növü üzrə 150 807 əmlak sığortalıdır.
Azərbaycanda mənzillərin 90 faizi sığorta edilməyib - YENİ ÜSUL TƏKLİF OLUNDU
FED.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan bildirilib.
"Yaşayış sahələri üzrə bağlanan müqavilələrin sayı 110 728 yəni 73.42%, qeyri yaşayış sahələri üzrə bağlanan müqavilə sayı isə 40 079 yəni 26.58% təşkil edib", - deyə məlumatda qeyd olunub.
Xatrıladaq ki, 2022-ci il ərzində 382 319 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Mülki Məcəlləyə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. (Trend)