Azərbaycanda həyatın yaşam sığortası üzrə yığımlar 40%-dən çox artıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 273 milyon 665,5 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 82 milyon 80,4 min manat və ya 42,8% çoxdur.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 191 milyon 585,1 min manat təşkil edib.