Azərbaycanda həyat sığortası üzrə ödənişlər 50%-dən çox artıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə ödənişlər 127 milyon 278,5 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 44 milyon 278 min manat və ya 53,3% çoxdur.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 83 milyon manat təşkil edib.