Azərbaycanda 2025-ci ilin yanvar-dekabr ayları ərzində ümumi həyat sığortası bazarı (könüllü və icbari cəmlənmiş) üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində həyat sığortası bazarı üzrə ümumi yığımlar 853 milyon 10 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 118 milyon 989 min manat və ya 16,2% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 734 milyon 21 min manat təşkil edib.
Bu dövrdə ümumi həyat sığortası ödənişləri 642 milyon 932 min manat təşkil edib ki, bu da illik müqayisədə 159 milyon 680 min manat və ya 33,0% çoxdur. Ötən ilin eyni dövründə 483 milyon 252 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 75,4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 9,6 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 65,8% təşkil edib.












