Cari ilin ilk iki ayında (yanvar-fevral) Azərbaycanda həyat sığortası növlərinin üzrə ümumilikdə 63,003 mil. manat sığorta haqqı toplanılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 36,6% çoxdur.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yanvar fevral aylarında qeyri-həyat sığortası növləri üzrə daxilolmaların həcmi 115,304 mln. manat təşkil edib ki, bu isə illik müqayisədə 0,9% çox olub.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 79,75% azalaraq 10,447 mln. manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 41,4% azalaraq 28,489 milyon manata düşüb.