2022-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 498,984 milyon manat sığorta haqqı toplanılıb.
Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-DEKABR, 2022)
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 30,25% çoxdur.
Ötən il qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 471,839 milyon manat təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 2,4% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 3,5% artaraq 248,114 milyon manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 15,5% azalaraq 185,089 milyon manata düşüb.
Beləliklə, 2022-ci ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,7 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 39,2 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2021-ci ildə müvafiq olaraq 62,6 manat və 47,5 manat olub. (Renkinq)