Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 115,693 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (MAY 2020)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə 21,2% çoxdur.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 215,041 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,9% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,3 dəfə artaraq 71,736 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 3,8% artaraq 65,064 milyon manata çatıb.
Beləliklə, 2020-ci ilin yanvar-may aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 50,9 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 30,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-may aylarında müvafiq olaraq 26,75 manat və 30,9 manat olub. (Renkinq)