Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 232,643 milyon manat sığorta haqqı toplanılıb.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyul aylarına nisbətən 21,1% çoxdur.
Ötən 7 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 295,614 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,4% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 29,5% artaraq 179,228 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 37,4% artaraq 121,954 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-iyul aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 77 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 41,25 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-iyul aylarında müvafiq olaraq 72 manat və 31,6 manat olub. (Renkinq)