Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 260,931 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-AVQUST, 2021)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-avqust aylarına nisbətən 21% çoxdur.
Ötən 8 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 319,666 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,1% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 17,8% artaraq 192,775 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 48% artaraq 147,091 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-avqust aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 73,9 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 46 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-avqust aylarında müvafiq olaraq 75,9 manat və 31,75 manat olub. (Renkinq)