Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 168,276 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta ödənişi/yığım nisbəti üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - FAİZ (YANVAR-MAY,2021)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-may aylarına nisbətən 19,5% çoxdur.
Ötən 5 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 229,726 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,2% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 65,75% artaraq 118,899 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 30,5% artaraq 89,334 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-may aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 70,7 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 38,9 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-may aylarında müvafiq olaraq 50,9 manat və 31 manat olub. (Renkinq)