Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 161,621 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Vergi borcu olan sığorta şirkətləri - SİYAHI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 19,4% çoxdur.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 239,338 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,9% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,6 dəfə artaraq 109,399 milyon manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 2,8% azalaraq 75,444 milyon manata düşüb.
Beləliklə, 2020-ci ilin yanvar-iyun aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 67,7 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 31,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-iyun aylarında müvafiq olaraq 30,6 manat və 34,4 manat olub. (Renkinq)