Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 134,305 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta ödənişi/yığım nisbəti üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - FAİZ (YANVAR-APREL,2021)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-aprel aylarına nisbətən 16,1% çoxdur.
Ötən 4 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 204,802 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,7% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2 dəfə artaraq 102,051 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 40% artaraq 77,738 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-aprel aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 76 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 38 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-aprel aylarında müvafiq olaraq 43,2 manat və 28,4 manat olub.
Azərbaycanda könüllü sığorta 6%, icbari sığorta isə 15% artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 222,416 milyon manat sığorta haqqı toplanılıb.
Bu, ötən ilin yanvar-aprel aylarına nisbətən 6% çoxdur.
Ötən 4 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 14,9% artaraq 116,691 milyon manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 129,373 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 61,15% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 99,4% və yaxud təxminən 2 dəfə artaraq 50,417 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-aprel aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-aprel aylarında 38,3 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 24,9 manatdan 43,2 manata çatıb. (Renkinq)