Mobil proqramlar şirkətlərin keçmişdə geridə qoyduğu tətbiqlər arasında olsa da, günümüzün ayrılmaz hissəsinə çevrilib. Araşdırmalar göstərir ki, hazırda Azərbaycan banklarının əksəriyyətinin mobil əlavələri olsa da, sığorta şirkətləri bu təcrübədə bir qədər geridə qalır.
FED.az Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin mobil applikasiyasını araşdırıb.
“Qala Sığorta” ASC-nin mobil applikasiyası «Play market»də 50+ qurğudan yüklənib, 7 istifadəçi tərəfindən 4,9 ulduz verilib. “iOS” əməliyyat sistemində sığorta şirkətinin applikasiyası 1 istifadəçi tərəfindən 5,0 balla qiymətləndirilib.
“A-Group Sığorta”nın “Mobile Concierge” mobil applikasiyası «Play market»də 5 000+ qurğudan yüklənib, 78 istifadəçi tərəfindən 3,6 bal sistemi ilə qiymətləndirilib. “iOS” əməliyyat sistemində sığorta şirkətinin applikasiyasına 4 istifadəçi tərəfindən 3,8 ulduz verilib.
“Standard Insurance” sığorta şirkətinin mobil applikasiyası «Play market»də 100+ qurğudan yüklənsə də, istifadəçi tərəfindən qiymətləndirilməyib. “iOS” əməliyyat sistemində sığorta şirkətinin applikasiyası var, amma qiymətləndirmə olmayıb.
“İcbari Sığorta Bürosu”nun “İSB” mobil proqramı mövcuddur. «Play market»də 500+ qurğuya yüklənib, 22 istifadəçi tərəfindən 3,1 ulduz verilib.
“Qala Həyat Sığorta” şirkətindən verilən məlumata görə, mobil tətbiqin hazırlanması ilə bağlı artıq işlərə başlanılıb. Tətbiq yaxın vaxtlarda istifadəyə veriləcək.
“AzSığorta”, “Paşa Sığorta”, “Paşa Həyat Sığorta”, “Atəşgah Həyat”, “Atəşgah Sığorta”, “Rəvan Sığorta”, “Bakı Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta”, “Xalq Həyat”, “Xalq Sığorta” kimi şirkətlərin mobil tətbiqləri yoxdur.