FED.az biznes maliyyə portalı Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz? mövzusunda elan etdiyi onlayn sorğunun nəticələrini açıqlayıb.
Onlayn formada sığorta şirkətlərinə səsvermə yolu ilə aparılan bu sorğuda 400-ə yaxın iştirakçı səs verib. Sorğunun nəticələri onu deməyə əsas verir ki, respondentlərin daha çox hissəsi “Xalq Həyat” sığorta şirkətinə etibar edib. Belə ki, ümumi iştirakçıların 33,85%-i öz həyat sığortalarını “Xalq Həyat” sığorta şirkətinə etibar edib.
Daha sonra respondentlərin 29,81%-i “Paşa Həyat” sığorta şirkətinə, 17,5%-i “Meqa Həyat”a, 9,81%-i “Atəşgah Həyat” Sığorta şirkətinə, 9,04%-i isə “Qala Həyat” sığorta şirkətinə səs verib.