Hər bir müəssisədə işçilərin sayı həm məhsuldarlığın dəyərinə, həm də operativ xidmətə təsir edir. Çünki işçi sayının çoxluğu müxtəlif əməliyyatları intensiv icra etməyə şərait yaradır. Beləcə, vaxt itgisi azalmaqla xidmət alanın məmnuniyyəti artmış olur.
Bəs sığorta şirkətlərində nə qədər əməkdaş çalışır?
FED.az biznes və maliyyə portalı Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərində işçilərin sayını araşdırıb. Araşdırmanın nəticəsinə görə, işçi sayına görə bazarın ən iri şirkəti “PAŞA Sığorta” şirkəti olub. Bu şirkətin işçilərinin sayı 539 nəfərdi. Növbəti yerləri isə “Atəşgah Sığorta Şirkəti” (346 nfər) və Azərsığorta Dövlət Sığorta Şirkəti (332 nəfər) bölüşüb.
Ən az işçisi olan şirkətlər isə Aqrar Sığorta Fondu və “Naxçıvansığorta” şirkətidir
Sorğuda yalnız 2 sığorta şirkəti – “AzSğorta” və “AzRe təkrarsığorta” şirkəti iştirakdan imtina edib.
Araşdırmanın nəticəsi olaraq, işçi sayı ilə bağlı şirkətlərin renkinq cədvəlini təqdim edirik:
|
Sığorta şirkəti |
İşçilərin sayı |
1 |
PAŞA Sığorta |
539 nəfər |
2 |
Atəşgah Sığorta |
346 nəfər |
3 |
Azərsığorta Dövlət Sığorta Şirkəti |
332 nəfər |
4 |
PAŞA Həyat Sığorta |
308 nəfər |
5 |
Xalq Sığorta |
275 nəfər |
6 |
Meqa Sığorta |
164 nəfər |
7 |
Qala Sığorta |
148 nəfər |
8 |
AtaSığorta |
138 nəfər |
9 |
Bakı Sığorta |
120 nəfər |
10 |
A-Group Sığorta |
111 nəfər |
11 |
Sənaye Sığorta |
92 nəfər |
12 |
Atəşgah Həyat Sığorta |
90 nəfər |
13 |
Günay Sığorta |
80 nəfər |
14 |
Qala Həyat Sığorta |
70 nəfər |
15 |
Xalq Həyat Sığorta |
43 nəfər |
16 |
İpək Yolu Sığorta |
32 nəfər |
17 |
Meqa Həyat Sığorta |
30 nəfər |
18 |
Aqrar Sığorta Fondu |
25 nəfər |
19 |
Naxçıvansığorta |
25 nəfər |
20 |
*AzRe təkrarsığorta |
- |
21 |
*AzSığorta |
- |