Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinin yığımları artıb.
Eləcə də bax: "A-Qroup" daşınmaz əmlak sığortası üzrə - YIĞIMLARI DƏFƏLƏRLƏ ARTIRDI
FED.az Mərkəzi Banka (AMB)yə istinadən xəbər verir ki, ötən il daşınmaz əmlakın icbarı sığortası üzrə yığımlar 43 milyon 427 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 13 milyon 063 min manat və ya 43% çoxdur. Belə ki, 2018-ci ildə daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 30 milyon 365 min manat təşkil etmişdi.
2019-cu ildə sığorta şirkətlərinin ödənişləri 5 milyon 415 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 1 milyon 390 min manat və ya 34,5% çoxdur. Belə ki, 2018-ci ildə daşınmaz əmlakın icbarı sığortasına görə, sığorta şirkətləri 4 milyon 025 min manat sığorta ödənişi etmişdilər.