Azərbaycanda ən çox zərərli olan sığorta növləri məlum olub.
FED.az ödəniş-yığım nisbəti üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ölkə üzrə sığorta növlərində ümumi zərərlilik 6% təşkil edib. Belə ki, Azərbaycanda sığorta bazarı 2024-cü ilin nəticələrinə görə 1 milyard 353 milyon manat təşkil edib. Ümumilikdə isə müştərilərə edilmiş sığorta ödənişlərinin həcmi 752 milyon 712 min manat təşkil edib. Bu da o deməkdir ki, hər 100 manat sığorta yığımın 56 manatı müştərilərə ödənilib.
Hesabat dövründə ən çox zərərli sığorta növü 1035% olmaqla digər icbari sığorta növlərinə aid olub. Belə ki, digər icbari sığorta növləri üzrə ümumilikdə 37 min manat sığorta haqqı toplanıbsa, 381 min manat sığorta ödənişi edilib. Bu da ödənişlərin həcminin yığımlardan 10 dəfədəyək çox olması deməkdir.
Könüllü sığorta bazarı üzrə ümumi zərərlilik 61%-ə bərabər olub. Belə ki, cəmi könüllü sığortalar üzrə 1 milyard 11 milyon manat sığorta haqqının 613 milyon manata yaxını ödənişlərə yönəldilib.
Könüllü sığortada ən yüksək zərərlilik həyat sığortası üzrə 74%, qeyri-həyat sığortası üzrə 37%, şəxsi sığorta 73%, əmlak sığortası üzrə 16% təşkil edib.
Həyat sığortası üzrə ən zərərli sığorta növü həyatın yaşam sığortasında 79% olmaqla qeydə alınıb. Belə ki, bu sığorta növü üzrə 599,2 milyon manat sığorta haqqının 474,2 milyon manatı ödənişlərə sərf olunub.
Şəxsi sığortada isə ən zərərli sığorta növü 79% olmaqla tibbi sığorta üzrə qeyd alınıb. Bu sığorta növü üzrə 123,1 milyon manatlıq sığorta haqqının 96,6 milyon manatı ödənişlərə yönəldilib.
Əmlakın sığortası üzrə ən zərərli sığorta növü kənd təsərrüfatı heyvanlarının sığortası üzrə olub ki, zərərlilik 63% təşkil edib. Bu sığorta növü üzrə 2,1 milyon manatlıq sığorta haqqının 1,3 milyon manatı ödənişlərə yönəldilib.
İcbari sığortada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik isə 78%-ə bərabər olub. Bu sığorta növü üzrə 167,7 milyon manatlıq sığorta haqqının 130 milyon manatı ödənişlərə sərf olunub.
Su nəqliyyat vasitələri sahiblərinin mülki məsliyyətinin sığortası dəmiryol nəqliyyatı vasitələrinin sahiblərinin mülki məsliyyətinin sığortası, işçilərin dələduzluğu sığortası, peşə məsuliyyətinin sığortası, işəgötürənin məsuliyyət sığortası, mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası, işin dayanması ilə bağlı risklərdən sığorta, ödəniş-yığım nisbəti 0% təşkil edib.
Hava nəqliyyatı vasitələrinin sığortası, kreditlərin sığortası üzrə zərəlilik, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə zərərlilik 1% təşkil edib.