Azərbaycanda ən çox zərərli olan sığorta növləri məlum olub.
FED.az ödəniş-yığım nisbəti üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ölkə üzrə sığorta növlərində ümumi zərərlilik 43% təşkil edib.
Hesabat dövründə ən çox zərərli sığorta növü 659% olmaqla digər icbari sığorta növləri olub. Ötən ilin eyni dövründə bu sığorta növü üzrə zərəlilik 1168% təşkil edib. Görünür ki, illik müqayisə ilə zərərlilik təqribən 2 dəfədəyək azalıb.
Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə zərərlilik 81% təşkil edib. Bu da son bir il ərzində 58% artım deməkdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik isə 17% artaraq 79%-ə yüksəlib.
Su nəqliyyat vasitələrinin sığortası, dəmiryol nəqliyyatı vasitələrinin sığortası, işçilərin dələduzluğu sığortası, hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, peşə məsuliyyətinin sığortası, işəgötürənin məsuliyyət sığortası, mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası, işin dayanması ilə bağlı risklərdən sığorta, sərnişinlərin icbari fərdi qəza sığortası, ümumi mülki məsuliyyətin sığortası üzrə ödəniş-yığım nisbəti 0% təşkil edib.
Hava nəqliyyatı vasitələrinin sığortası və avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə zərəlilik 1%, kreditlərin sığortası və daşınmaz əmlakın icbari sığortası üzrə zərərlilik 2%, əmək qabiliyyətinin sığortası üzrə zərərlilik 3%,istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə zərərlilik 4%, sağalmaz xəstəliklərdən sığorta üzrə zərərlilik 5%, yüklərin (nəqliyyat) sığortası, xaricə səfər edən vətəndaşların sığortası və həyatın ölüm halından sığortası üzrə zərərlilik 6%, əmlakın yanğından və digər risklərdən sığortası üzrə zərərlilik 7% təşkil edib.