Bu ilin yanvar-may ayları üzrı Azərbaycanın sığorta bazarı 643 milyon 754 min manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bülletenə əsasən ən çox yığım könüllü sığortalar üzrə olub. Bu ilin 5 ayının nəticəsinə görə könüllü sığorta bazarı 481 milyon 888 min manat təşkil edib. Ondan 316 milyon 920 min manatı həyat, 164milyon 968 min manatı qeyri-həyat, 161 milyon 866 min manatı icbari sığortanın payına düşüb.
Könüllü həyat sığortasında ən yüksək yığımlar 299 milyon 128 min manat olmaqla həyatın yaşam sığortası üzrə, qeyri-həyat sığortasında 80 milyon 816 min manat olmaqla şəxsi sığortası üzrə və 77 milyon 129 min manat olmaqla tibbi sığorta üzrə yığılıb.
İcbari sığorta üzrə ən yüksək yığımlar 119 milyon 852 min manat olmaqla qeyri-həyat sığortasının, ondan 65 milyon 312 min manat olmaqla avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və 53 milyon 729 min manat olmaqla daşınmaz əmlakın icbari sığortasının payına düşüb.
İlk 5 ayın nəticələrinə görə ən az maraq göstərilən sığorta növləri sərnişinlərin icbari fərdi qəza sığortası (65 min manat), mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin könüllü sığortası (35 min manat), yük daşıyanın mülki məsuliyyətinin könüllü sığortası (23 min manat), dəmiryol nəqliyyatı vasitələrinin sığortası (38 min manat), hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası (49 min manat), işçilərin dələduzluğu sığortası (82 min manat) və digər icbari sığorta növləri (28 min manat) olub.