Bu ilin yanvar-aprel ayları üzrı Azərbaycanın sığorta bazarı 542 milyon 841 min manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bülletenə əsasən ən çox yığım könüllü sığortalar üzrə olub. Bu ilin 4 ayının nəticəsinə görə könüllü sığorta bazarı 410 milyon 401 min manat təşkil edib. Ondan 269 milyon 861 min manatı həyat, 140 milyon 580 min manatı qeyri-həyat, 132 milyon 440 min manatı icbari sığortanın payına düşüb.
Könüllü həyat sığortasında ən yüksək yığımlar 255 milyon 141 min manat olmaqla həyatın yaşam sığortası üzrə, qeyri-həyat sığortasında 74 milyon 147 min manat olmaqla şəxsi sığortası üzrə və 71 milyon 513 min manat olmaqla tibbi sığorta üzrə yığılıb.
İcbari sığorta üzrə ən yüksək yığımlar 99 milyon 118 min manat olmaqla qeyri-həyat sığortasının, ondan 50 milyon 171 min manat olmaqla avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və 48 milyon 283 min manat olmaqla daşınmaz əmlakın icbari sığortasının payına düşüb.
İlk 4 ayın nəticələrinə görə ən az maraq göstərilən sığorta növləri sərnişinlərin icbari fərdi qəza sığortası (20 min manat), mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin könüllü sığortası (23 min manat), yük daşıyanın mülki məsuliyyətinin könüllü sığortası (23 min manat), dəmiryol nəqliyyatı vasitələrinin sığortası (38 min manat), hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası (49 min manat), işçilə\rin dələduzluğu sığortası (82 min manat) və digər icbari sığorta növləri (19 min manat) olub.