Azərbaycanın ən çox və ən az öhdəlikləri olan sığorta şirkətləri məlum olub.
FED.az-ın tərtib etdiyi siyahıya əsasən 2024-cü ilin sonuna ölkədə fəaliyyət göstərən 16 sığorta və həyat sığortası şirkətlərinin avtivlərinin ümumi həcmi 1,36 milyard manatı ötüb.
Bunun da təxminən 1,05 milyard manatı 3 şirkətin payına düşür - «Paşa Holdinq»ə daxil olan «Paşa Həyat Sığorta» ASC və «Paşa Sığorta» ASC, eləcə də «Atəşgah Həyat Sığorta» ASC.
«Paşa Həyat Sığorta» 6863,6 milyon manat həcmində ğhdəliklərə malikdir.
«Paşa Sığorta»nın öhdəlikləri 259,3 milyon manat təşkil edib, «Atəşgah Həyat Sığorta» öhdəlikləri isə 104,7 milyon manata yaxınlaşıb.
Bununla yanaşı "Atəşgah Sığorta" şirkəti 64 milyon manat, "Qala Sığorta" şirkəti 55,7 milyon manatdan çox öhdəliklərə malik olub.
Öhdəlikləri həcmcə ən az olan şirkətlər isə "AtaSığorta (6,8 milyon manat) və "İpəkYolu" Sığorta şirkəti (7,1 milyon manat) olub.