Azərbaycanda 2025-ci ilin ilk on bir ayının statistikası bəzi sığorta növlərinin şirkətlər üçün olduqca yüksək gəlirliliyə malik olduğunu və toplanan vəsaitlərin cüzi bir hissəsinin ödənişlərə yönəldildiyini göstərir.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 12 sığorta növü üzrə ödənişlərin yığımlara nisbəti (zərərlilik göstəricisi) 10%-dən aşağı olub. Bu o deməkdir ki, sığorta şirkətləri bu sahələrdə yığdıqları hər 100 manatın 90 manatdan çoxunu birbaşa mənfəət kimi saxlaya biliblər.
Ən aşağı zərərlilik göstəricisi ümumi mülki məsuliyyətin könüllü sığortasında qeydə alınıb. Belə ki, 10 milyon 911 min manat yığıma qarşı cəmi 61 min manat ödəniş edilib ki, bu da cəmi 0,6% zərərlilik deməkdir. Eyni zamanda, peşə məsuliyyəti sığortası (1 milyon 962 min manat yığıma qarşı 13 min manat ödənişlə 0,7% zərərlilik) və avtonəqliyyat sahiblərinin könüllü məsuliyyət sığortası (4 milyon 969 min manat yığıma qarşı 36 min manat ödənişlə 0,7% zərərlilik) da şirkətlər üçün ən gəlirli sahələr sırasındadır.
Siyahıda həmçinin iri həcmli icbari sığorta növləri də yer alıb. Məsələn, daşınmaz əmlakın icbari sığortası üzrə 73 milyon 867 min manat yığıma qarşı cəmi 2 milyon 326 min manat ödəniş edilib ki, bu da cəmi 3,1%-lik zərərlilik deməkdir. Eyni şəkildə, istehsalatda bədbəxt hadisələrin icbari sığortası üzrə yığılan 90 milyon 657 min manatın cəmi 6,1%-i (5 milyon 542 min manat) ödənişlərə yönəldilib.
|
Könüllü Sığorta Növləri |
Yığım (min manat) |
Ödəniş (min manat) |
Ödəniş-yığım nisbəti (%) |
|
Ümumi mülki məsuliyyətin könüllü sığortası |
10,911 |
61 |
0,6% |
|
Peşə məsuliyyətinin könüllü sığortası |
1,962 |
13 |
0,7% |
|
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası |
4,969 |
36 |
0,7% |
|
Kreditlərin könüllü sığortası |
4,781 |
57 |
1,2% |
|
Yük daşıyanın mülki məsuliyyətinin könüllü sığortası |
39 |
1 |
2,6% |
|
Əmlakın yanğından və digər risklərdən könüllü sığortası |
78,703 |
2,714 |
3,4% |
|
Fərdi qəza və xəstəliklərin könüllü sığortası |
6,710 |
432 |
6,4% |
|
Yüklərin (nəqliyyat) könüllü sığortası |
5,840 |
503 |
8,6% |
|
Həyatın ölüm halından könüllü sığortası |
35,141 |
3,168 |
9,0% |
|
İcbari Sığorta Növləri |
|||
|
Daşınmaz əmlakın icbari sığortası |
73,867 |
2,326 |
3,1% |
|
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası |
1,030 |
62 |
6,0% |
|
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta |
90,657 |
5,542 |
6,1% |












