Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər 2 dəfə çox artıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə ödənişlər 1 milyon 933,6 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 44,1 min manat və ya 117,4% (2,1 dəfə) çoxdur.
2022-ci ilin yanvar-iyul aylarında bu göstərici 889,5 min manat təşkil edib.