Azərbaycanda əmlakın könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 70 milyon 645 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 462 min manat və ya 7% çoxdur.
Ötən ilin yanvar-may aylarında bu göstərici 66 milyon 183 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 13 milyon 266 min manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 35 min manat və ya 30 % çoxdur.
Ötən ilin eyni dövründə 10 milyon 231 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 19% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 15% təşkil edib.