Əmlakını sığortasına görə, ödəniş alanların sayı çoxalıb. FED.az xəbər verir ki, 2019-ci il yanvar-aprel ayında adı çəkilən sinif üzrə sığorta ödənişi ötən ilin analoji dövrü ilə müqayisədə 21.18% artaraq 5 milyon 077 min manat təşkil edib.
Haqqında danışılan hesabat dövründə, əmlak sığortası üzrə haqlar 41 milyon 727 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müayisədə 22% azdır.
Cari ilin hesabat dövründə sığorta yığımlar üzrə haqlar əsasən əmlakın yanğından və digər risklərdən sığortasının payına düşüb. Belə ki, yığımlar 12 milyon 967 min manat olub.
Əmlakın sığorta ödənişi üzrə isə əsəs ödənişlər isə avtonəqliyyat vasitələrinin sığortasının payına düşüb. Bu sahədə ödəniş 3 milyon 489 min manat təşkil edib.
Ötən il əmlak sığortasının zərərliyi 12.3% olduğu halda, bu il bu göstərici bir qədər azalaraq 11.5% olub.
Lakin ötən illə müqayisədə 2019-cu ilin ilk 4 ayı ərzində könüllü əmlak sığortasında zərərlik 6.5% olub. Halbuki bu ötən ilin eyni dövründə 1.6% təşkil edirdi.
Azərbaycanda əmlak sığortası üzrə zərərlik - 4 DƏFƏDƏN ÇOX ARTIB
14:58
10 İyun 2019