Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 68 milyon 665 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 977 min manat və ya 50,3% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 45 milyon 688 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 5 milyon 242 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 279 min manat və ya 5,4 dəfə çoxdur.
Keçən ilin eyni dövründə 963 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 7,6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5,5% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2,1% təşkil edib.