Azərbaycanda İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi elektronlaşdırılıb.
FED.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb. Büro bu yeniliklə əlaqədar olaraq elektron icbari sığorta müqaviləsi ilə bağlı işəgötürənlər üçün təlimat videoları da hazırlayıb.
Eləcə də bax: Azərbaycanda yeni həyat sığortası şirkəti - YARADILIB
Təlimat videolarında CLİP (Compulsory Liability İnsurance Project) layihəsi üzrə proqram təminatına giriş, razılıq müqaviləsinin yaradılması və imzalanması, təklifin təsdiqi və müqavilənin imzalanması qaydaları əks olunub.