Azərbaycan Mərkəzi Bankı (AMB) 1 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
Eləcə də bax: Azərbaycanda 23 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib - SİYAHI
FED.az xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bununla bağlı qərar sentyabrın 21-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, könüllü müraciət əsasında Hənəfiyev Seymur Natiq oğluna verilmiş sığorta agenti lisenziyası ləğv olunub. (Report)