Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə çay əkini sahələrinin sığortalanması şərtləri açıqlanıb.
Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, fındıq və pambıqdır.
Aqrar Sığorta Fondundan FED.az-a verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə çay plantasıyalarının sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.
Çay əkini sahələrinin sığortalanması zamanı çayın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.
Qaydalara əsasən, hesablama aparılması üçün çay bitkisinin 1 hektarı üzrə məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.
Belə ki, çayın bir hektarı üçün məhsuldarlıq norması 3,5-125 sentner arasında, qiymət isə 50-150 manat/sentner arasında müəyyən edilib.
Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:
Çay |
Məhsuldarlıq (Sentner/ha) |
Qiymət (AZN/ Sentner) |
Minimum |
3,5 |
50 |
Maksimum |
125 |
150 |
Çay əkini sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir:
Misal: Lənkəranda əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 40 sentner, 1 sentner məhsulun bazar qiyməti 50 manat olduqda
Sığorta məbləği = 4 x 40 x 50 = 8 000 manat müəyyən edilir.
Qaydalara görə, aqrar sığorta çərçivəsində çay bitkisinin sığortalanması üçün 2 sığorta zərfi təklif edilir.
Bunlardan birincisi - əksər riskləri əhatə edən «baza zərfi», digərləri isə əlavə riskləri əhatə edən zərflərdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər.
Birinci, «baza zərfi»ndə azadolma məbləği 10%-dir. Bu zərf çay bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.
1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir:
· dolu;
· yanğın;
· zəlzələ;
· torpaq sürüşməsi;
· qasırğa;
· fırtına;
· üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat
2-ci sığorta zərfi
İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir.
Bu zərf çay bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.
2-ci sığorta zərfinə aid risklər:
· bitki xəstəlikləri və zərərvericilər;
· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat
Hansı sığorta zərfinin seçilməsi fermer və ya çay plantasıyası sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci sığorta zərfi seçilə bilməz.
Çayın sığortalanması üçün tariflər və sığorta haqları
Çayın sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları çayın məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir.
Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.
Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:
|
1-ci (baza) sığorta zərfi |
2-ci sığorta zərfi |
İqtisadi rayonlar |
· dolu; · yanğın; · zəlzələ; · torpaq sürüşməsi; · qasırğa; · fırtına; · üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat |
· bitki xəstəlikləri və zərərvericilər;
· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat |
Azadolma |
10 % |
30% |
Gəncə-Qazax |
1,05% |
2% |
Aran |
0,60% |
2% |
Quba-Xaçmaz |
0,60% |
2% |
Şəki-Zaqatala |
0,70% |
2% |
Dağlıq Şirvan |
0,60% |
2% |
Lənkəran |
0,60% |
2% |
Abşeron |
0,60% |
2% |
Yuxarı Qarabağ |
0,60% |
2% |
Göründüyü kimi, ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır. Yeri gəlmişkən, sitrus bitkilərinin kütləvi şəkildə becərildiyi Lənkəran regionunda tariflərin aşağı olması bu bitkilərin sığortalanması üçün fermerlərə olduqca sərfəli imkan yaradır.
Ayrı-ayrı bölgələrdə çay plantasıyasının sığortalanması üçün sığorta haqqı belə hesablanır:
Misal 1: Lənkəranda əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 40 sentner, 1 sentner məhsulun bazar qiyməti 50 manat olduqda
Sığorta haqqı = 8 000 manat X 0,60% = 48 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.
Nəticədə ümumi dəyəri 2 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 24 manat və ya hər hektara cəmi 6 manat ödəyir.
Misal 2: Astarada əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 60 sentner, 1 sentner məhsulun bazar qiyməti 80 manat olduqda
Sığorta haqqı = 19 200 manat X 0,60% = 115,2 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.
Nəticədə ümumi dəyəri 19,2 min manat olan məhsulun sığortalanması üçün fermer 57,6 manat və ya hər hektara cəmi 14,4 manat ödəyir.
Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.
Fermerlərə sığorta haqqı güzəştləri
Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub.
Belə ki, sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir.
Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək.
Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər «gənc fermer» güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.
Çay əkini sahələrinin sığortalanması üçün müraciətlər başlayıb
Aqrar Sığorta Fondundan verilən məlumata görə, çay sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb.
Fermerlər və iş adamları çau əkini sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu mart ayının 30-dək davam edəcək.
Martın 30-dək edilən müraciətlərdə çay əkini sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Martın 30-dan aprelin 30-dək olan dövrdə edilən müraciətlər zamanı isə çay sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.