Azərbaycanda avtomobillərin icbari sığortasından istifadə olunan avtomobil qəzalarının hər birində zərərçəkən tərəfə orta hesabla 1072 manat ödəniş edilib.
FED.az xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bankının icbari sığortadakı yeniliklərlə bağlı açıqlamasından məlum olur.
AMB-nin açıqlamasında bildirilir ki, hazırda Azərbaycanda təqribən 1,4 milyon avtomobilin istifadəçilərinin üçüncü şəxslər qarşısında olan məsuliyyətləri sığorta edilib.
Bu sığorta sinfi üzrə 2021-ci il ərzində baş vermiş 69 min sığorta hadisəsi nəticəsində şəxslərin əmlakına və səhhətinə dəyən zərərlər üzrə 74 mln. manat həcmində sığorta təzminatı sığorta şirkətləri tərəfindən şəxslərə ödənilmişdir.