Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar 22%-ə yaxın artıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 27 milyon 178,3 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 824,4 min manat və ya 21,6% çoxdur.
2022-ci ilin yanvar-iyul aylarında bu göstərici 22 milyon 349,9 min manat təşkil edib.