Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 42 milyon 464 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 794 min manat və ya 22,5% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 34 milyon 671 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 16 milyon 466 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 496 min manat və ya 17,9% çoxdur.
Keçən ilin eyni dövründə 13 milyon 970 min manat sığorta ödənişləri edilmişdi.