Bu ilin yanvar-fevral aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 13,848 mln. manat sığorta haqqı yığılıb.
Eləcə də bax: Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR,FEVRAL 2021)
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu müddətdə eyni sığorta növü üzrə 9,809 mln. manatlıq ödəniş həyata keçirilib. Beləliklə, illik müqayisədə sığorta yığımları 2,5% artıb, ödənişlər isə 21,4% azalıb.
Hesabat əsasən, cari ilin yanvar-fevral aylarında avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 5,585 mln. min manat sığorta haqqı yığılıb, 1,680 mln. manat ödəniş edilib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 45,1% və 22,9% azdır.
Qeyd edək ki, 2021-ci ilin yanvar-fevral aylarında ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 160,445 mln. manat həcmində sığorta haqqı və 100,170 mln. manat həcmində ödəniş həyata keçirilib. Bu illik müqayisədə 15,9% azdır və 2 dəfə çoxdur. (Apa)