Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 49 715,7 min manat sığorta haqqı yığılıb.
Eləcə də bax: Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə - 4% Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu müddətdə eyni sığorta növü üzrə 29 065,9 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 15%, ödənişlər 22% azalıb.
Hesabat əsasən, bu ilin yanvar-iyul ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 22 977,6 min manat sığorta haqqı yığılıb, 7 172,8 min manat ödəniş edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 19%, ödənişlərdə isə 6% artım deməkdir.