Azərbaycanda avtomobil sığortasında - KƏSKİN ARTIM
12:5629 Avq 2019
Yanvar-iyun aylarında Azərbaycanda avtomobil sığortasında ciddi artım baş verib.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, Palata və İcbari Sığorta Bürosunun (İSB) əməkdaşlığı nəticəsində avtomobillərin icbari sığortası ilə bağlı proseslər tam avtomatlaşdırılıb və bazarın əhatəsi 100%-ə çatıb.
Bundan başqa, hadisələrin idarə edilməsi sistemi formalaşdırılıb ki, bu da «Forma 4» sənədinin elektron qaydada əldə edilməsinə imkan yaradır. Nəticədə indiyədək bu sənədin Yol Polisindən kağız formasında alınması zamanı vətəndaşların üzləşdiyi çətinliklər və neqativ hallar aradan qalxıb.
Məhz görülmüş bu tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin sığortası üzrə 29% (4.4 mln. manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 6%-lik (3.1 mln. manat) artım müşahidə olunub.