Azərbaycanda aqrar sığorta mexanizminin işə düşəcəyi vaxt açıqlanıb.
FED.az xəbər verir ki, kənd təsərrüfatında sığorta prosesi gözlənildiyi kimi, ilin əvvəlndən deyil, 2020-ci ilin birinci yarısından işə düşəcək.
Eləcə də bax: Hökumətdən aqrar sığorta barədə – YENİ QƏRAR
Bu barədə FED.az-a iqçi qrupdan bildirilib. Qeyd edək ki, Aqrar sıoğrta mexanizminin işə düşməsi Aqrar sığorta fondu ilə sıx əlaqəlidir. Hazırda fondun fəaliyyətinin təşkili və mexinizmin yaradılması üzərində sürətli iş aparılır. Qrupdan bildirilib ki, institional formlaşdırılma, eləcə də işçi heyətin toplanması üçün 2-3 ay vaxt sərf ediləcək. Eləcə də məlumatların toplanması və analizi üçün proqram təminatı yaradılır. Bütün işlərin tezliklə başa çatdırılması gözlənilir. Nəticədə ilin ilk yarısında heyvanların sığortalanması , ilin ikinci yarısında isə bitkilərin sığortalanması prosesi başlanacaq.