Bu ilin yanvar-mart aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 8-nin ödənişləri illik müqayisədə artıb, 12-nin ödənişləri azalıb, 1 şirkət - “Naxçıvan Sığorta” ASC ötən ilin yanvar-mart aylarında ödəniş etmədiyi üçün onun ödənişlərinin dinamikasını hesablamaq mümkün olmayıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Eləcə də bax: "Sığorta şirkətlərinin “mətbəx” hissəsi insanlara izah edilməlidir" - MÜSAHİBƏ
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət yanvarda 55 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5,9 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Meqa Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri ötən 3 ayda 678 min manat təşkil edib ki, bu da illik müqayisədə 8,8% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atəşgah Sığorta" ASC-dədir. Bu şirkət 3 ay ərzində 4,546 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Qala Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 88,5% azalaraq 638 min manata düşüb.