Bu ilin yanvar-mart aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 13-nün yığımları illik müqayisədə artıb, 7-nin yığımları azalıb.
Eləcə də bax: Sığorta şirkətlərinin ödəniş-yığım nisbəti üzrə - RENKİNQİ – (YANVAR-MART, 2022)
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-dir. Bu şirkət 3 ay ərzində 3,435 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 6,1 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Atəşgah Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 6,821 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 5,1% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət Dövlət Sığorta Kommersiya Şirkətindədir (“Azərsığorta”). Bu şirkətin daxilolmaları 93,6% azalaraq 2,455 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Azərbaycan Sənaye Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 4,8% azalaraq 4,657 milyon manata düşüb. (Renkinq)