2025-ci ilin ilk 7 ayının yekunlarına görə, Azərbaycanın sığorta şirkətləri ümumilikdə 937,7 milyon manat sığorta haqqı toplayıb.
FED.az xəbər verir ki, reytinqin dəyişməz lideri "Paşa Həyat Sığorta" ASC-dir. Şirkət hesabat dövründə 433,9 milyon manat yığım əldə edərək, təkbaşına bütün bazarın 46,3%-ni formalaşdırıb.
İkinci pillədə 223,3 milyon manatlıq göstərici ilə "Paşa Sığorta" ASC qərarlaşıb. Bu şirkətin bazar payı isə 23,8% təşkil edir. Beləliklə, bazarın iki nəhəngi olan "Paşa Həyat" və "Paşa Sığorta" birlikdə ümumi yığımların 70,1%-nə nəzarət edir.
İlk beşliyə daxil olan digər şirkətlər isə "Atəşgah Həyat" (65,4 milyon manat), "Qala Sığorta" (53,7 milyon manat) və "Atəşgah" (37,1 milyon manat) olub.