Bu ilin yanvar-noyabr aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 121-nin yığımları illik müqayisədə artıb, 6-nın yığımları azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar-noyabr aylarında bazarda olmadığı üçün onların yığımlarında dinamika qeydə alınmayıb.
Eləcə də bax: Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-NOYABR,2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Bakı Sığorta" ASC-dir. Bu şirkət 11 ay ərzində 4,496 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Atəşgah Həyat Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 39,272 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,4% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “Azsığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 28,3% azalaraq 10,341 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Atəşgah Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 1,8% azalaraq 22,213 milyon manata düşüb.