Bu ilin yanvar-sentyabr aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 12-nin yığımları illik müqayisədə artıb, 6-nın yığımları azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar-sentyabr aylarında bazarda olmadığı üçün onların yığımlarında dinamika qeydə alınsentyabrıb.
Eləcə də bax: Azərbaycanda sığorta haqlarının 76%-i - 5 Şirkətin Payına Düşür
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Bakı Sığorta" ASC-dir. Bu şirkət 9 ay ərzində 3,808 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “PAŞA Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 150,626 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 11,8% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “Azsığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 35,1% azalaraq 8,382 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Xalq Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 5,3% azalaraq 20,628 milyon manata düşüb.