"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 8-nin ötənilki maliyyə mənfəəti illik müqayisədə çox olub.
Eləcə də bax: Koronavirus səbəbindən bəzi ərazilərdə - SIĞORTA SATIŞLARI 50% AZALIB
FED.az xəbər verir ki, bunlar "Günay Sığorta", "Amrah Sığorta", "Qala Həyat Sığorta", "PAŞA Həyat Sığorta", "PAŞA Sığorta", "Qala Sığorta", "Rəvan Sığorta" və "Atəşgah Həyat Sığorta" ASC-lərdir.
Ən yüksək dinamika "Günay Sığorta"da (14,8 dəfə), ən aşağı dinamika isə "Atəşgah Həyat Sığorta"da (5,4%) qeydə alınıb.
6 şirkətin - "Meqa Sığorta", "A-Qrup Sığorta", "Bakı Sığorta", "İpək Yolu Sığorta" ASC-lər, "Azərsığorta", eləcə də "Azsığorta" ASC-nin isə maliyyə mənfəəti illik müqayisədə az olub. Ən çox azalma "Azsığorta"da (82,3%), ən az azalma isə "Meqa Sığorta"da (22,4%) qeydə alınıb.
2 şirkətin - "Xalq Həyat Sığorta" və "Standard Insurance" Sığorta Şirkəti ASC-lərin isə maliyyə zərəri artıb - müvafiq olaraq 36,3 dəfə və 73,2%.
2 şirkət - "AXA Mbask" Sığorta Şirkəti və "Xalq Sığorta" ASC-lər ötən il maliyyə zərəri ilə üzləşib, əvvəlki il isə maliyyə mənfəəti əldə edib, 3 şirkət - "Atasığorta", "Atəşgah Sığorta" və "Azərbaycan Sənaye Sığorta" ASC-lər isə ötən il maliyyə mənfəəti əldə edib, əvvəlki il maliyyə zərəri ilə üzləşib, odur ki, bu şirkətlərin maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Renkinq