2021-ci ilin yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 5-nin yığımları azalıb, 1 şirkət (“Meqa Həyat Sığorta” ASC-lər) 2020-ci ildə bazarda olmadığı üçün onların yığımlarında dinamika qeydə alınmayıb.
Eləcə də bax: Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (DEKABR, 2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-dir. Bu şirkət il ərzində 11,257 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 634,5 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Atəşgah Həyat Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 44,06 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 6,2% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “Azsığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 28,8% azalaraq 11,327 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Atəşgah Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 1% azalaraq 25,113 milyon manata düşüb.