Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 4-nün ötənilki gəlirləri əvvəlki illə müqayisədə az olub.
Eləcə də bax: 6 sığorta şirkətinin balans kapitalı - Azalıb
FED.az xəbər verir ki, bunlar “Qala Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Atasığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.
Ən çox azalma “İpək Yolu Sığorta”da (43,7%), ən az azalma isə “Qala Həyat Sığorta”da (3,8%) qeydə alınıb.
Qalan 14 sığorta şirkətinin gəlirləri isə artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta” ASC-də (3,3 dəfə), ən aşağı dinamika isə “A-Qrup Sığorta” ASC-də (12%) qeydə alınıb.
4 sığorta şirkətinin gəlirləri 70 milyon manatdan çoxdur
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 4-nün ötənilki gəlirləri 70 milyon manatdan çox olub.
Bunlar “PAŞA Həyat Sığorta” (312 milyon 35 min manat), “PAŞA Sığorta” (177 milyon 253 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 82 milyon 102 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (73 milyon 878 min manat) ASC-dir.
Qalan 15 sığorta şirkətindən 9-nun gəlirləri 17-39 milyon manat arasında, 4 şirkətin gəlirləri 1-10 milyon manat arasında, 2 şirkətin gəlirləri isə 1 milyon manatdan azdır. (Renkinq)