2025-ci ilin müvafiq dövrünün yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin topladığı sığorta haqlarının həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə sığorta bazarına rəhbərlik edən şirkətlər məlum olub.
Renkinqə "Paşa Həyat Sığorta" ASC başçılıq edir. Şirkətin sığorta yığımları 679 milyon 750 min manat təşkil edib.
İkinci yerdə "Paşa Sığorta" ASC qərarlaşıb – şirkətin topladığı sığorta haqları 355 milyon 163 min manat olub.
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC 112 milyon 492 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Qala Sığorta" ASC isə 78 milyon 940 min manat yığımla dördüncü olub.
Digər sığorta şirkətlərinin göstəriciləri aşağıdakı kimidir:
"Atəşgah" Sığorta Şirkəti ASC-də 63 milyon 804 min manat, "Azərbaycan Sənaye Sığorta" ASC-də isə 33 milyon 190 min manat yığım qeydə alınıb.
"Meqa Sığorta" ASC 33 milyon 150 min manat, "Qala Həyat" Sığorta Şirkəti ASC isə 30 milyon 848 min manat nəticə göstərib.
Siyahının sonrakı pilləsində "Xalq Sığorta" ASC (25 milyon 410 min manat) qərarlaşıb.
Renkinqin ilk onluğunu "A-Qroup Sığorta Şirkəti" ASC tamamlayır. Şirkətin yığımları 20 milyon 738 min manat təşkil edib.












