Azərbaycan Mərkəzi Bankı 2 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar oktyabrın 22-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.