Naxçıvanda polisin keçirdiyi əməliyyat zamanı vətəndaşların şəxsi məlumatlarını ələ keçirən sığorta işçisi yaxalanıb.
FED.az xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində “Park AVM” ticarət mərkəzində yerləşən “Güvənli Əmlak” adlanan ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub.
Araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə məlumatlarını əldə etdiyi məlum olub
N.Məmmədov ifadəsində etiraf edib ki, 2000-dən çox şəxsin məlumatlarını bu yollarla əldə edib ev alqı-satqı işində həmin məlumatlardan istifadə edib. Faktla bağlı araşdırmalar davam etdirilir..
Məsələ ilə bağlı olaraq Daxili İşlər Nazirliyi Vətəndaşaları ayıq-sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa və onların qurbanına çevrilməmək üçün bu kimi detallara diqqət etməyə çağırıb.