Yanvar-noyabr (2022) aylarında Azərbaycanda sığorta şirkətlərinin yığım dinamikaları məlum olub.
FED.az xəbər verir ki, ölkədəki 20 sığorta və həyat sığortası şirkətinin 14-də ötən illə müqayisədə yığımlar artıb, 6-da yığımlar azalıb.
Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-NOYABR, 2022)
Yığğımları ən çox artan şirkət «Meqa Həyat Sığorta» ASC olub – ötən illə müqayisədə şirkətin topladığı sığorta haqları 5 dəfə artıb.
Bundan başqa, yığımların dinamikası müsbət olan şirkətlər arasında “İpək Yolu Sığorta” ASC şirkətini -= 29%, “A-Qroup Sığorta Şirkəti” ASC – 28,9%, “Xalq Sığorta” ASC-ni 36% qeyd etmək olar.
Yığımları azalan şirkətlər isə “Günay Sığorta” ASC – 22,3%, “Meqa Sığorta” ASC – 19,5% və digərləridir.
Daha ətraflı: Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-NOYABR, 2022)