Bu ilin yanvar-noyabr aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 14-nün ödənişləri illik müqayisədə artıb, 3-nün ödənişləri azalıb, 3 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat Sığorta” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Eləcə də bax: Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-OKTYABR,2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkət 11 ay ərzində 358 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 10,8 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Həyat Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 197,468 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,9% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atəşgah Sığorta" ASC-dədir. Bu şirkət 11 ay ərzində 9,582 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 28% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 41,3% azalaraq 1,511 milyon manata düşüb.