Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 5-nin ödənişləri azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar-iyul aylarında ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUL, 2022)
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Bakı Sığorta” ASC-dir. Bu şirkət 7 ay ərzində 1,458 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Azsığorta” ASC-dir. Bu şirkətin ödənişləri 4,755 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,5% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atasığorta" ASC-dədir. Bu şirkət 7 ay ərzində 3,755 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 22,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 91,3% azalaraq 104 min manata düşüb. (Renkinq)